“Komendant saatı” tətbiq ediləcək - bu ölkədə...
    • 30-10-2024, 10:29
    • 14 803

“Komendant saatı” tətbiq ediləcək - bu ölkədə...

Cənubi Koreyada səlahiyyətlilər overturizmin təsirlərini azaltmaq üçün paytaxt Seulun tarixi Bukchon Hanok kəndində bəzi ərazilərə girişi məhdudlaşdırmağa hazırlaşır. 

News24.az xəbər verir ki, noyabr ayında sınaq mərhələsinə başlayacaq müraciət çərçivəsində saat 18:00-11:00 arasında turistlərin müəyyən bölgələrə girişi məhdudlaşdırılacaq.

Mart ayında qüvvəyə minməsi planlaşdırılan məhdudiyyəti pozan turistlər 100 min Cənubi Koreya Vonu məbləğində cərimələnəcək. Bu yeni tənzimləmə kənddə turist sıxlığının qarşısını almaqla sakinlərin gündəlik həyatını qorumaq məqsədi daşıyır.

Seulun Conqno rayonunda yerləşən və Coseon sülaləsindən qalma, 1392-1897-ci illəri əhatə edən tarixi kənd ənənəvi taxta evləri və dar küçələri ilə həm yerli əhalinin, həm də xarici turistlərin diqqətini çəkir. Lakin son illərdə turistlərin sayının artması kənddə yaşayan 6100-ə yaxın insanı narahat edir. Bildirilib ki, ötən il kəndə 6 milyona yaxın turist gəlib.

Məryəm İlhamqızı