-
- 30-10-2024, 10:20
- 1 614
“Vosmoy” bazarında bu satış yerləri SÖKÜLÜR - VİDEO
Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin ətrafında küçə ticarətinin yığışdırılmasına başlanılıb.
News24.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Nizami Rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, ötən gündən başlayaraq bazarın yaxın ətrafında küçə ticarətinin yığışdırılmasına, ərazidə səliqə-sahmanın bərpa olunmasına start verilib.
Bildirilib ki, bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində küçə tiçarətinin təşkil olunduğu piştaxtalar sökülərək ərazidən yığışdırılır.