Ərdoğandan Zəngəzur dəhlizi AÇIQLAMASI:
    • 14-06-2023, 14:29
    • 424

Ərdoğandan Zəngəzur dəhlizi AÇIQLAMASI: "Bu, Ermənistanla deyil, İranla bağlıdır”

“Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır”.

News24.az “Yeni Şafak”a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

İranın Türkiyə ilə Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizinə münasibətini tənqid edən Ərdoğan bildirib ki, Tehranın mövqeyi həm Türkiyəni, həm də Azərbaycanı narahat edir.

“Əhalisinin əksəriyyəti müsəlman olan iki ölkə. İranın burada belə münasibətdə olması həm Azərbaycanı, həm də bizi üzür. Həmçinin, burada vaqona görə tutulan rüsumlar təəssüf ki, çox, çox yüksəkdir. Ümid edirəm ki, tezliklə bu problemin öhdəsindən gələcəyik. Əgər buna müsbət yanaşsalar, bu gün Türkiyə-Azərbaycan-İran həm avtomobil yolu ilə, həm dəmir yolu ilə bir-birinə inteqrasiya olunar, bəlkə də “Pekin-London xətti” də açılar”, - Ərdoğan qeyd edib.

Akqabay