Səfirimizin Zəngəzurla bağlı bu sözləri Ermənistanda xüsusi reaksiya doğurdu
    • 2-06-2023, 13:30
    • 788

Səfirimizin Zəngəzurla bağlı bu sözləri Ermənistanda xüsusi reaksiya doğurdu

“Zəngəzur dəhlizi tezliklə açılacaq”.

News24.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “TRT Haber” telekanalına müsahibəsində bildirib.

“Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycanı birləşdirəcək. Bu dəhlizin açılması istiqamətində işlər sürətlə gedir və sona çatmaq üzrədir”, - səfir bildirib.

R.Məmmədov bildirib ki, Zəngəzur 1920-ci ildə Sovet İttifaqı dövründə Azərbaycandan alınaraq Ermənistana verilib: “Azərbaycanla Türkiyə sərhədində sədd çəkildi, maneələr yaradıldı”.
Zəngəzur dəhlizinin açılması ilə Türkiyə ilə Azərbaycan arasındakı məsafənin 38 kilometrə enəcəyini deyən səfir bunun Türkiyənin Asiya ilə ticarət əlaqələri üçün də vacib olduğunu vurğulayıb: “Türkiyə Şərqlə Qərb arasında əlaqə yaradacaq”.

Rəşad Məmmədov əlavə edib ki, Zəngəzur dəhlizi layihəsi Ermənistan üçün öz təhlükəsizliyini təmin etmək baxımından vacibdir.

Ermənistan mediası səfirimizin bu müsahibəsini dərc edərkən xüsusi reaksiya və narahatlıqlarını gizlətməyib.

Akqabay