Hacı Şahin AzTV-də aparıcılığa başladı
    • 22-02-2019, 16:10
    • 1 581

Hacı Şahin AzTV-də aparıcılığa başladı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, İlahiyyatçı Hacı Şahin Həsənli aparıcılığa başlayıb.

News24.az report-a istinadən xəbər verir ki, "Azərbaycan Teleradio Verilişləri" QSC-nin Mədəniyyət Televiziyasının efirində yayımlanan "Haqqın dərgahı” verilişini təqdim edir. 

Qeyd edək ki, "Haqqın dərgahı" verilişi müstəqilliyin ilk illərindən fəaliyyətə başlayıb. Hər həftənin cümə axşamı günü 15 dəqiqəlik yayımlanan verilişin müəllifi Arif Teymurov, rejissoru Sevda Abdullayevadır. 

Hacı Şahinə qədər verilişin aparıcısı Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev olub.