-
- 14-06-2023, 22:19
- 260
Zurabişvilinin səlahiyyəti məhdudlaşdırıldı
Gürcüstan parlamenti “Seçki Məcəlləsi”nə və “Milli Bank haqqında” qanuna dəyişikliklərlə bağlı yeni qanun layihələrini qəbul edib.
News24.az xəbər verir ki, müzakirələr zamanı “Milli Bank haqqında” qanun layihəsi ilə bağlı Prezident Salome Zurabişvilinin veto qoyduğu bildirilib. Lakin hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının deputatları bununla razılaşmayıb və qanuna dəyişiklikləri yenidən müzakirəyə çıxarıblar. Hakim partiyanın deputatları tərəfindən hazırlanmış qanun layihəsinə əsasən, Milli Bankın İdarə Heyətinə yeni icraedici vəzifə - birinci vitse-prezident vəzifəsi artırılır. Milli Bankın prezidenti olmadığı təqdirdə, onun səlahiyyətlərini birinci vitse-prezident həyata keçirəcək.
Parlament, həmçinin “Seçki Məcəlləsi” və reqlamentlə bağlı qanunlara təklif olunan dəyişiklikləri dəstəkləyib.
Hər iki qanun layihəsi səsvermə zamanı qəbul olunub.