Gəncədə yanğın: ev sahibi zəhərləndi
    • 14-06-2023, 23:10
    • 249

Gəncədə yanğın: ev sahibi zəhərləndi

Gəncə şəhərində yanğın hadisəsi baş verib.

News24.az​​​ xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində olub.

Mənzillərdən birində qeydə alınan yanğın zamanı 54 yaşlı Famil Cabbarov tüstüdən zəhərlənib. Ona ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb, alovun başqa tikililərə keçməsinin qarşısı alınıb.