Səbail rayonunda mənzil yandı, azyaşlı uşaqlar olmaqla, 4 nəfər zəhərləndi
    • 4-09-2019, 00:04
    • 912

Səbail rayonunda mənzil yandı, azyaşlı uşaqlar olmaqla, 4 nəfər zəhərləndi

Bakıda mənzildə yanğın baş verib.

News24.az xəbər verir ki, Səbail rayonunda yanğın hadisəsi baş verib. Nizami küçəsində mənzildə anidən alovlanma yaranıb. Hadisə yerinə FHN-in Səbail Rayonu üzrə Yanğından Mühafizə Xidmətinin 4 texnikası və canlı qüvvəsi, 2 təcili tibbi yardım briqadası cəlb edilib. 

İlkin məlumata görə, 2-si azyaşlı olmaqla, ümumilikdə 4 nəfər yanğın zamanı tüstüdən zəhərlənib.Yanğın söndürülüb, alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.