Türkiyədə fabrikdə güclü yanğın baş verdi
    • 14-06-2023, 23:42
    • 238

Türkiyədə fabrikdə güclü yanğın baş verdi

Türkiyənin Mersin vilayətinin Tarsus ilçəsində palistik əşyalar istehsal edilən fabrikdə güclü yanğın baş verib.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil.

Əraziyə təcili yardım, polis və şəhər bələdiyyəsinin yanğınsöndürmə qrupları cəlb edilib.

Hazırda yanğının söndürülməsinə çalışılır.