NATO müdafiə nazirləri bu gün görüşəcəklər
    • 15-06-2023, 10:03
    • 173

NATO müdafiə nazirləri bu gün görüşəcəklər

NATO ölkələrinin müdafiə nazirləri iyunun 15-16-da Brüsseldə görüş keçirəcəklər.

News24.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, görüş NATO-ya üzv dövlətlərin liderlərinin iyulun 11-12-də Vilnüsdə keçiriləcək iclasına hazırlıqla bağlı baş tutacaq.