NATO XİN başçılarının iclası keçiriləcək
    • 7-03-2023, 13:32
    • 306

NATO XİN başçılarının iclası keçiriləcək

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.

News24.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 4-5-də Şimali Atlantika Şurasının XİN başçıları səviyyəsində görüşü Brüsseldə NATO-nun mənzil qərargahında baş tutacaq.

NATO Baş katibi Yens Stoltenberq iclasa sədrlik edəcək.