Pakistanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət etdi
    • 15-06-2023, 10:42
    • 247

Pakistanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Fəxri xiyabana gəlib.

News24.az xəbər verir ki, Məhəmməd Şahbaz Şərif xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.