Bayraktar Vahabzadənin şeiri ilə Azərbaycanı təbrik etdi
    • 15-06-2023, 11:05
    • 187

Bayraktar Vahabzadənin şeiri ilə Azərbaycanı təbrik etdi

“Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.

News24.az xəbər verir ki, o bu barədə tviterdə yazıb.

S.Bayraktar Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən sitat gətirib:

"Birdir bizim hər halımız,

Sevincimiz, məlalımız,

Bayraqlarda hilalımız,

Azərbaycan, Türkiyə.

Can Azərbaycanın 15 iyun - Milli Qurtuluş Gününü təbrik edirəm”.