Bakıda evdən 7 min manatlıq qızıl oğurlandı
    • 15-06-2023, 11:13
    • 189

Bakıda evdən 7 min manatlıq qızıl oğurlandı

İyunun 8-də Binəqədi rayonunun Dərnəgül qəsəbəsindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibəsinin oğlu Ü.Əhmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.