Bakıda mebel sexindən 6000 manatlıq oğurluq edildi - VİDEO
    • 21-01-2023, 12:06
    • 204

Bakıda mebel sexindən 6000 manatlıq oğurluq edildi - VİDEO

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsindəki mebel sexlərinin birindən 6000 manat dəyərində təmir alətləri və elektrik naqilinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən xəbərə görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Goranboy rayon sakini Samir Əhmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.