Hamilələr üçün pulsuz parklanma təklif olundu
    • 15-06-2023, 15:37
    • 484

Hamilələr üçün pulsuz parklanma təklif olundu

Yeni Xalq Partiyasının deputatları Rusiyada hamilə qadınlar üçün bir saatlıq pulsuz parkinq tətbiq etməyi təklif ediblər.

News24.az xəbər verir ki, parlamentin aşağı palatasına təqdim olunan qanun layihəsi Qanunvericiliyə Dəstək Sisteminin (LAS) saytında dərc olunub.

“Antenatal klinikada qeydiyyatda olan hamilə qadınların idarə etdiyi avtonəqliyyat vasitələrinə münasibətdə parklanmanın ilk saatı üçün ödənişli dayanacaqdan istifadəyə görə rüsumun tutulmasına yol verilmir”, - qanun layihəsinin mətnində deyilir.

Bundan əlavə, deputatlar avtomobillər üçün yeni bir “hamilə” işarəsinin təqdim edilməsini istəyiblər. O, nəqliyyat vasitələrinə quraşdırılmalıdır və bu barədə məlumat hamilə qadınların federal reyestrinə veriləcək./lent/