Hamiləliklə bağlı əks göstəriş sertifikatı bu qaydada veriləcək
    • 27-08-2021, 12:26
    • 458

Hamiləliklə bağlı əks göstəriş sertifikatı bu qaydada veriləcək

Hamilə qadınların qeydiyyatda olduqları qadın məsləhətxanalarından hamiləliklə bağlı sənədləri müəssisə tərəfindən Xüsusi Komissiyaya təqdim edilməlidir.

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

"Hamilə qadınlar doğuşayardım xidmətinə lisenziyası olan özəl tibb müəsissəsində qeydiyyatdadırlarsa, hamilələrə dair sənədlər ərazi üzrə şəhər poliklinikasına təqdim edilməli, həmin şəhər poliklinikasının protokoluna salınmalı və təsdiqləyici əlavə sənədlər Xüsusi Komissiyaya təqdim edilməlidir. Hamilə qadınlar üçün lazım olan sənədlər: hamilənin ambulator kartı, hamiləlik registrindən çıxarış və hamiləliyin təsdiqləyici ultrasəs müayinə nəticəsi(USM)".

O vurğulayıb ki, hamiləliklə bağlı müvəqqəti əks göstəriş sertifikatı hamiləliyin nəzərdə tutulan müddətindən asılı olaraq veriləcək.