-
- 15-06-2023, 17:32
- 310
Məcburi köçkünlərin etirazından sonra tikinti dayandırıldı... - VİDEO
Yataqxananın həyətində ev tikilir.
News24.az Xəzər TV-yə istinadən xbəər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Teymur Yaqubov küçəsi 8 ünvanında yerləşən Dəmir yolu yataqxanasının həyətində qeydə alınıb.
"Belə ki, ərazidə aparılan tikinti işləri yataqxana sakinlərinin qəzəbinə səbəb olub."
Yataqxanada məskulaşan məcburi köçkünlər iddia edir ki, bir neçə gündür inşasına başalanan yarımtikili həyətin bir hissəsini zəbt edir. Tikinti işlərinə isə elə həmin yataqxanada yaşayan şəxslərdən biri rəhbərlik edir.
"Məsələ ilə bağlı tikintini aparan İsa Səfərovla əlaqə saxladıq."
O şifahi olaraq ''Xəzər Xəbər''ə bildirdi ki, tikintini aparmaq üçün heç bir dövlət orqanından icazə almayıb. Onu da əlavə etdi ki, həyət evi tikirmiş, yaxın günlərdə sökəcək.
Çəkiliş apardığımız zaman əraziyə Binəqədi rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbə nümayəndəsi də gəldi.
"O, da sakinlərin narazılığına səbəb olan tikinti işlərinin qanunsuz icra oldunduğunu təsdiqlədi."
Qurumun əməkdaşı bildirdi ki, yarımtikilinin sökülməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinə də məlumat veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: