-
- 22-02-2019, 18:03
- 1 668
Xəyanət edən kişilərin ən çox işlətdiyi yalanlar - SİYAHI
Sevdiyiniz şəxsin xəyanəti elə ən çətin sınaqdır.
Bu vəziyyətlə ən azı bir dəfə qarşılaşanlar heç kimə inanmır, hər kəsdən şübhələnir.
News24.az xəbər verir ki, psixoloqların araşdırmalarına görə, xəyanət edən kişilər vəziyyətdən çıxmaq üçün o qədər də çox fikirləşmir və hər dəfə eyni yalanlardan istifadə edir.
Həmin yalanların bəzilərini təqdim edirik:
İşlərim çoxdur. Gecikəcəyəm
Əgər qarşı tərəf bu sözü ilin sonu və ya hansısa layihənin təqdimatından öncə deyirsə, deməli düz danışır.
Yox əgər gün aşırı evə gec gəlirsə və ya ümumiyyətlə gecələməyə evə gəlmirsə, o zaman bu barədə düşünməyə dəyər.
Çox içmişdim. Heç bir şey xatırlamıram
Günahı başqasının üstünə yıxmaq kişiyə yaraşmaz. Üstəlik məsələ heç də dostcasına olmayan mesajlaşmalardan gedirsə.
Dostlarla görüşdük və gecəni onlarda gecələdim
Müxtəlif səbəblərdən bu situasiya yarana bilər. Lakin siz, onun dostlarının ailəli olub-olmamasını və evdə gecələməməyinin hansı tezliklə yaşandığını nəzarətdə saxlamalısınız.
Şübhələrindən bezmişəm!
Qarşı tərəf bu sözlərlə sizi paranoik vəziyyətə salmağa çalışır. Düzdür, bəzi xanımlar səbəbsiz yerə qısqanclıq edir. Lakin o, evə gec saatlarda gəlirsə, kimsə ona səhvən mesajlar yazırsa və dediyinə görə etdiyi hərəkətləri xatırlamırsa, deməli ondan şübhələnməyə dəyər.
Teymur MƏMMƏDOV