Mustafa Sandalın həyat yoldaşı qəzaya düşdü - FOTOLAR
    • 16-06-2023, 11:06
    • 169

Mustafa Sandalın həyat yoldaşı qəzaya düşdü - FOTOLAR

Mustafa Sandalın həyat yoldaşı Melis Sandal qəza keçirib.

News24.az xəbər verir ki, Muğlanın Ula mahalının Akyaka bölgəsindən turistik məqsədlə havaya qalxan qirokopter (helikopter tipli nəqliyyat vasitəsi) nasazlıq səbəbindən sərt eniş edib. Qirokopter zeytun ağaclarına çırpılaraq dayana bilib.

Hadisə zamanı pilotla sərnişin xəsarət alıb.

Yaralanan sərnişinin Mustafa Sandalın həyat yoldaşı Melis Sandal olduğu məlum olub. O, ilk tibbi yardımdan sonra xəstəxanaya aparılıb. Hazırda vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Mustafa Sandal və Melis Sandal ötən il İtaliyada ailə qurublar.

Qumral