Qadın cüdoçumuz bürünc medal qazandı
    • 16-06-2023, 17:27
    • 217

Qadın cüdoçumuz bürünc medal qazandı

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Qazaxıstanın paytaxtı Astanada keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.

News24.az-ın məlumatına görə, 52 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə belçikalı Amber Ryheulə qalib gəlib.

66 kq-dakı Kəramət Hüseynov eyni raundda ispaniyalı Albert Martinə uduzaraq beşinci yeri tutub.

Qeyd edək ki, digər 6 cüdoçu medal şanslarını əvvəlki mərhələlərdə itirib.