İcra başçısının polkovnik oğlu işdən çıxarıldı: Yeni təyinat - FOTO
    • 16-06-2023, 18:20
    • 583

İcra başçısının polkovnik oğlu işdən çıxarıldı: Yeni təyinat - FOTO

Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri baş tutub.

News24.az
-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə polkovnik Coşqun Əhmədzadə tutuğu vəzifəsindən azad edilib. Digər əmrlə Tariyel Alverdiyev Sumqayıt Gömrük İdarəsinin rəisi təyin edilib. 

Tariyel Alverdiyev son təyinata qədər Dövlət Gömrük Komitəsi Gömrük Ödənişləri İdarəsinin rəisi vəzifəsini icra edib.

Qeyd edək ki, Coşqun Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğludur./manset.az/

Fotoda: Mübariz Əhmədzadə