Bakıda yeniyetmələr kişini təkləyib qarət etdilər
    • 17-06-2023, 22:21
    • 347

Bakıda yeniyetmələr kişini təkləyib qarət etdilər

Bakıda quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən ​News24.az​​​-a verilən xəbərə görə, iyunun 16-da gecə saatlarında Yasamal rayonu ərazisində Xaçmaz rayon sakini R.Süleymanovun 180 manat pulu və mobil telefonu quldurluq yolu ilə talanıb. Bu barədə polisə məlumat daxil olub.

Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.