-
- 17-06-2023, 23:19
- 924
Azərbaycan zərbə endirəcək – Ermənilər qorxuda
Ermənistan hərbi bölmələrinin son günlər vaxtaşırı olaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasının, xüsusilə “Laçın” postunda rus sülhməramlılarına belə atəş açılmasının nəticəsinin olacağına artıq erməni rəsmilər və politoloqlar da şübhə etmilər.
Ermənistan rəsmiləri rus sülhməramlılara atəş açılmasına haqq qazandırmaq üçün ötən gün Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkini belə XİN-ə dəvət etmiş, guya sülhməramlıların “bu cür əməlindən ciddi narahat olduqlarını” bildirmişdilər. Erməni rəsmi təbliğatının iddiasına görə, guya Azərbaycan sərhədçilərinin Qurtuluş Günündə “Laçın” postunun bir neçə addımlığında qaldırmaq istədikləri Bayrağımızın yerləşdiyi ərazi “Ermənistanın sərhədləri daxilindədir”.
Ancaq hətta bu iddia haqlı olsa belə, bayraq qaldıran azərbaycanlı sərhədçiləri və onları müşayiət edən rus sülhməramlıları atəşə tutmağa əsas vermir. Əgər hər hansı irad varsa, bu, yerdə sülhməramlılara bildirilə, rəsmi şəkildə isə Azərbaycan tərəfinə çatdırıla bilərdi. Necə ki, az öncə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan azərbaycanlı həmkarı Şahin Mustafayevə “xüsusilə son vaxtlar gərginliyə səbəb olan sərhəd məsələləri ilə bağlı” demarkasiya komissiyalarının iclasını keçirməyi təklif edib.
Bu təklifin Azərbaycan sərhədçisini yaralayıb, rus sülhməramlılarını atəşə tutandan sonra göndərilməsi Ermənistan rəsmilərinin “ağıllanması” deyil, təxribatın nəticələrinin olacağını dərk etməyə başlamalarıdır.
Təsadüfi deyil ki, bunu xüsusi səfir Edman Marukyan da dilə gətirib. O bildirib ki, Azərbaycan MN yalnız iyun ayı ərzində Ermənistan hərbi birliklərinin 19 dəfə təxribat törətdikləri haqda məlumat yayıb.
Onun sözlərinə görə, xüsusilə 10 iyundan sonra bu cür xəbərlərin sayı artıb. Əlbəttə, Marukyan bunu “yalan” adlandırıb və iddia edib ki, bu, Azərbaycan Ordusunun ağır zərbəyə hazırlaşdığının sübutudur: guya Azərbaycan zərbədən öncə “informasiya təbliğatı” aparır.
Ancaq “Laçın” sərhəd-buraxılış məntəqəsində ermənilərin heç bir qanun-qayda pozmayan, silaha əl atmayan Azərbaycan sərhədçilərinin rus sülhməramlılarının müşayiəti ilə Bayraq asmasına qarşı ermənilərin təxribatının görüntüsünə hansısa bəhanə ilə haqq qazandırmaq mümkün deyil. Ortada fakt var və nə qədər qəribə də olsa, bu faktı – videogörüntünü tirajlayan da erməni tərəfidir. Məhz ermənilər azərbaycanlı sərhədçiləri və rus sülhməramlıları gülləbaran etmələrini fəxrlə tirajladılar.
İndi hansı təxribat törətdiklərini, necə bir cavabının olacağını təxmin edirlər və bunun “siyasi-hüquqi” həll yollarını axtarırlar – amma informasiya və diplomatik yalanlara da davam edirlər./Axar.az/