Yəhudi Mərkəzində kütləvi qətl planlaşdıran pakistanlı həbs edildi
    • Bu gün, 12:48
    • 97

Yəhudi Mərkəzində kütləvi qətl planlaşdıran pakistanlı həbs edildi


Kanadada Bruklin Yəhudi Mərkəzində oktyabrın 7-də kütləvi qətl planlaşdırmaqda ittiham olunan pakistanlı həbs edilib.

News24.az Unikal-a istinadla xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. 

Qeyd olunub ki, şübhəli şəxs öz planlarını Hasidik təriqətinin qərargahının yerləşdiyi Bruklindəki Çabad Mərkəzinin agentlərinə təqdim edib. O, terroru HƏMAS-ın İsrailə hücumunun ildönümünə planlaşdırıb. 

ABŞ-ni baş prokuroru Merrik Qarland bildirib ki, Məhəmməd Şahzeb Xan İŞİD üçün mümkün qədər çox yəhudi öldürmək məqsədi ilə yaşadığı Kanadadan Nyu-Yorka getməyə çalışıb.

Çərşənbə günü 20 yaşlı pakistanlı həbs edilib və o, İslam Dövləti terror qruplaşmasına maddi dəstək və vəsait təmin etməkdə günahlandırılıb.