Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi
    • Bu gün, 11:53
    • 105

Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi

“Süni intellektin məhsuldarlığının artması yaxşı xəbərdir, baxmayaraq ki, o özü ilə müəyyən təhlükələr də gətirə bilər”.

“Microsoft”un qurucusu Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyindən narahat olub-olmaması ilə bağlı suala belə cavab verib.

Müsahibəsində Qeyts bildirib ki, özü də gündəlik həyatda süni intellekt alətlərindən tez-tez istifadə edir. O bildirib ki, “ChatGPT” konkret məsələlər üzrə izahatlar əldə etmək üçün əla yoldur.

Qeyts ən çox istifadə etdiyi süni intellekt funksiyasının “Microsoft Teams” xidmətinə inteqrasiya olunmuş qısa görüş hesabatının yaradılması olduğunu bildirib.

Yaxın gələcəkdə Qeyts süni intellektin inkişaf perspektivlərinə nikbin baxır, çünki bu, təhsil və səhiyyə üçün yeni imkanlar yaradır. Bununla belə, uzunmüddətli perspektivdə Qeyts süni intellektdən zərərli məqsədlər üçün istifadəni istisna etməyib.

“O, daha da gücləndikcə, bilirsiniz, pis adamlar ondan istifadə etdiyi üçün problemlər ola bilər. Amma ümumilikdə, düşünürəm ki, bu, yaxşı bir şeydir və biz onu düzgün şəkildə inkişaf etdirməliyik”, – o vurğulayıb.

“Microsoft”un yaradıcısı “ChatGPT” kimi generativ süni intellektin inkişafı “dipfeyk” (deepfake) təhlükəsi istisna olmaqla, saxta xəbərlərin sayını artıracağında şübhə etdiyini bildirib.

“İnsanlar özləri də dezinformasiyanı mətn redaktorunda yaza bilərlər. Bilirsiniz, onlar cəfəngiyyat yazmaq üçün süni intellektə ehtiyac duymurlar”, – Qeyts əlavə edib.