İki nəhəng üz-üzə: - Qalib bu gün müəyyənləşəcək

İki nəhəng üz-üzə: - Qalib bu gün müəyyənləşəcək İdman
Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qalib müəyyənləşəcək.

News24.az xəbər verir ki, həlledici görüşdə Xorvatiya və İspaniya milliləri üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Bundan öncə isə üçüncü yer uğrunda oyun olacaq. Niderlandla İtaliya yığmaları arasında keçiriləcək matç saat 17:00-da başlayacaq.