-
- 23-02-2019, 14:54
- 938
Nəsimi rayonunda polislər şagirdlərlə görüşüb - FOTO
Nəsimi rayonunda yerləşən 16 nömrəli orta məktəbdə narkomaniya və onun fəsadları və yol hərəkətinin təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib. Yol hərəkəti qaydalarının gənclər arasında təbliğ olunması və anti-narkotik təbliğatının gücləndirilməsi məqsədi ilə keçirilən tədbirdə Nəsimi Rayon Polis İdarəsinin rəisi, idarənin əməkdaşları, məktəbin şagird və pedoqoji kollektivi iştirak edib.
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Nəsimi RPİ-nin rəisi, polis polkovniki Əbülfət Rzayev narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizənin ümumdövlət vəzifəsi kimi 1996-cı ildə ulu öndər Heydər Əliyevin imzaladığı "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında" Fərmanı ilə müəyyən edildiyini bildirib. Qeyd edilib ki, insanların sağlamlığının, rifahının və mənəvi əxlaqi-dəyərlərinin qorunması məqsədi ilə başlayan qətiyyətli mübarizə bu gün də uğurla davam etdirilir.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, qəbul edilən dövlət proqramları nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniyanın yayılmasının qarşısının alınması istiqamətində müsbət nəticələr əldə edilib. Bununla belə, maarifləndirmə tədbirləri ilə gəncləri, yeniyetməliəri təhlükə barədə xəbərdar etmək, onları qorumaq, ayıq-sayıq olmaq lazımdır.
Eyni zamanda tədbirdə uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliyinin yüksəldilməsi diqqətə çatdırılıb. Bu məqsədlə yol polisi tərəfindən məktəblərdə mütəmadi olaraq tədbirlərin keçirilməsinin, azyaşlılarla maarifləndirmə xarakterli görüşlərin davamlı olamsının əhəmiyyəti qeyd olunub.
Çıxış edən digər qonaqlar narkotik bəlasının və avtoqəzalar nəticəsində uşaq ölümləri hallarının ölkəmizdən də yan keçmədiyini təəssüf hissi ilə qeyd edərək, maarifləndirmə tədbirlərilə bu problemlərin həllində keyfiyyətcə yeni mərhələnin başladığını bildiriblər.
Sonda şagirdləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.