Oğuzda mülki müdafiə məşqi keçirildi
    • 19-06-2023, 17:46
    • 203

Oğuzda mülki müdafiə məşqi keçirildi

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Oğuz rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.

FHN-dən News24.az-a verilən məlumata görə, “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti" mövzusunda keçirilən tədbirə Şimal-qərb Regional Mərkəzinin aidiyyəti struktur bölmələri, Oğuz Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı və Fövqəladə Hallar Komissiyası, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Ümumilikdə nümunəvi məşqə rayonda fəaliyyət göstərən 13 idarə, müəssisə və təşkilatdan 147 nəfər əməkdaş və 33 ədəd texnika cəlb edilib.

Sonda məşqin təhlili aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıqlar verilib.