-
- 4-12-2019, 18:46
- 893
FHN-in Gəncə Regional Mərkəzində MÜŞAVİRƏ KEÇİRİLDİ
Dekabrın 4-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində mülki müdafiə sahəsində cari ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
FHN-dən News24.az-a verilən məlumata görə, bildiriblər ki, müşavirə regionda 2019-cu ildə mülki müdafiə sahəsində mövcud vəziyyətin təhlili, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması, habelə 2020-ci ildə mülki müdafiə işinin gücləndirilməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, maarifləndirmə istiqamətində fəaliyyətin daha da intensivləşdirilməsinə dair müzakirələrin aparılması məqsədilə təşkil olunub.
Toplantıda Gəncə Regional Mərkəzinin rəhbərliyi, regional mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən şəhər və rayonların icra hakimiyyəti aparatlarının mülki müdafiəyə məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, mülki müdafiə işinə cavabdeh şəxsləri iştirak ediblər.
Tədbirdə mülki müdafiə sahəsində mövcud vəziyyət, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlər, eləcə də qarşıda duran vəzifələr haqda fikirlər səsləndirilib. Müşavirədə, həmçinin 2020-ci ildə istər regional mərkəz, istərsə də yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də mülkiyyət formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatlar tərəfindən əsas diqqətin mülki müdafiə sahəsində əhali və ərazilərin təhlükəsizliyinin təmin olunmasına yönəldilməsinin vacibliyi diqqətə çatdırılıb. Yekunda regionda mülki müdafiə işinin təşkili ilə bağlı mövcud çatışmazlıqlar barədə fikir mübadiləsi aparılıb, nöqsanların aradan qaldırılması istiqamətində təkliflər irəli sürülüb.