-
- 17-05-2022, 14:38
- 299
Baş Prokurorluqda mülki müdafiə üzrə tədbir keçirildi
Mayın 17-də Baş Prokurorluqda Fövqəladə Hallar Nazirliyi (FHN) ilə razılaşdırılmaqla təsdiq edilən Baş Prokurorluğun 2022-ci il üçün mülki müdafiə üzrə tədbirlər planına müvafiq olaraq Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsi və FHN-in Mülki müdafiə işinin təşkili baş idarəsinin təşkilatçılığı ilə Baş Prokurorluğunun mərkəzi aparatında fəaliyyət göstərən idarələr üzrə rəis müavinlərinin iştirak etdiyi rəhbər heyətin mülki müdafiə məşqinə dair tədbir keçirilib.
Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Tədbirin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı Baş Prokurorluğun rəhbər heyətinin funksional vəzifələrinin öyrənilməsi, əməkdaşların təhlükəsizliyini təmin edən tədbirlərin həyata keçirilməsi üzrə hazırlıq səviyyəsinin yüksəldilməsi, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkilində praktiki vərdişlərin artırılması olub.
Tədbirdə Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini Sahib İsmayılov çıxış edərək mülki müdafiənin təşkili məsələlərinin əhəmiyyətini vurğulamaqla prokurorluq orqanlarında bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərdən bəhs edib.
Məşğələdə FHN-in Mülki müdafiə işinin təşkili baş idarəsinin əməkdaşları Kərim Rəhimov və Şəmsəddin Hüseynov mövzu ilə bağlı çıxış edərək fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılması və insanların sağlamlığının qorunmasına yönəldilən tədbirlər barədə ətraflı məlumat verib.
Tədbirin sonunda FHN tərəfindən keçirilən qəza-xilasetmə təlimlərinin gedişini əks etdirən sənədli film nümayiş etdirilib.