SORĞU: Azərbaycanda 23 fevral qeyd edilirmi? - VİDEO
    • 23-02-2019, 15:29
    • 1 619

SORĞU: Azərbaycanda 23 fevral qeyd edilirmi? - VİDEO

23 fevral tarixi Qızıl Ordunun və Sovet Hərbi Dəniz Donanmasının yarandığı gündür. 

Bundan yana, Sovetlər dövründə sözügedən tarix "Kişilər Bayramı" günü kimi qeyd edilirdi. Sovet İttifaqı dağıldıqdan sonra bu bayram arxa plana keçdi və illər keçdikcə demək olar ki, unuduldu.
Bu gün Azərbaycanda "Kişilər Günü" bayramı rəsmi olmasa da, artıq Milli Ordumuzun yarandığı gün - 26 iyun tarixində qeyd edilir. Ancaq Sovetlər dövründən qalan əksər kişilər üçün tarix dəyişməyib - 23 fevral onlar üçün hələ də bayramdır.
News24.Az bu günün bayram kimi qeyd edilib, edilməməsi ilə bağlı əhali arasında sorğu keçirib. Sorğudan görüntüləri təqdim edirik:

Hazırladı: Yeganə RZAXANOVA
Video: Fərid ŞABANOV