İtən qayıqdan paylaşım etdi — “Xilasediciləri gözləyirik”
    • 20-06-2023, 11:29
    • 250

İtən qayıqdan paylaşım etdi — “Xilasediciləri gözləyirik”

Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri “Titanik” gəmisinin qəzaya uğradığı yerə aparan sualtı qayıq itib. Hadisədən sonra ABŞ-nin Boston Sahil Mühafizəsi tərəfindən axtarış-xilasetmə əməliyyatına başlanılıb. Bazar günü səhər itən qayığın 96 saatlıq oksigen ehtiyatının olduğu bildirilir.

News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, qayıqda olanlardan biri, irlandiyalı araşdırmaçı Rori Qolden öz feysbuk hesabında paylaşım edib və hazırda yaxşı olduğunu deyib.

“Mən yaxşıyam. Xahiş edirəm ki, qayığın göyərtəsində olanların adlarını soruşmayın. Onların kim olduğu barədə təxminlər etməyin. Sosial şəbəkələrdə son dərəcə yersiz bəzi şərhlər gördüm”, - deyə araşdırmaçı qeyd edib.

Onun sözlərinə görə, bütün heyət hazırda xilasedicilərin gəlişini gözləyir. O, həmçinin əlavə edib ki, internetə çıxışları məhduddur. Qolden sualtı qayıqda olanların əhvalının yaxşı olduğunu vurğulayıb.
Xatırladaq ki, sualtı qayığın axtarışları iyunun 19-u başlayıb. Sahil Mühafizə Xidmətinin məlumatına görə, qayıqda 5 nəfər var.