Miqrantları daşıyan qayıq qəzaya uğradı - Çox sayda ölən var
    • 9-03-2023, 17:40
    • 187

Miqrantları daşıyan qayıq qəzaya uğradı - Çox sayda ölən var

Tunis sahillərində qanunsuz miqrantları daşıyan qayığın qəzaya uğraması nəticəsində ən azı 14 nəfər ölüb.

News24.az xəbər verir ki, barədə "Sky News Arabia" yerli Sahil Mühafizəsinə istinadən xəbər yayıb. 

Məlumata görə, ən azı 54 nəfər xilas edilib.

Ölən miqrantların Afrika ölkələrinin sakinləri olduğu iddia edilir. 

Qəza zamanı qayıqda nə qədər insanın olduğu barədə məlumat verilmir.

Teymur MƏMMƏDOV