-
- 20-06-2023, 12:06
- 241
XİN diplomatik xidmətə qəbulla bağlı müsabiqə elan edir
Xarici İşlər Nazirliyi diplomatik xidmətə qəbulla bağlı müsabiqə elan edir.
Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, diplomatik xidmətə qəbulla bağlı müsabiqə aşağıdakı ardıcıllıqla həyata keçiriləcək:
- onlayn qeydiyyat;
- yazılı imtahanın birinci mərhələsi - test tapşırıqları;
- yazılı imtahanın ikinci mərhələsi - analitik yazı bacarıqları və xarici dil biliklərinin yoxlanılması;
- müsahibə.
Yazılı imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında iyulun 3-ü il saat 10:00-dan avqustun 15-i saat 18:00-dək həyata keçiriləcək. Qeydiyyat üçün xidmət göstərilən tarixlərdə aktiv olacaq.
Yazılı imtahan 2 mərhələdən ibarətdir.
Test tapşırıqlarından ibarət olan birinci mərhələ sentyabrın 17-si keçiriləcək.
Xarici dil biliyi və analitik yazı bacarıqlarının və yoxlanılmasını nəzərdə tutan ikinci mərhələ isə 23 və 24 sentyabr tarixlərində keçiriləcək.
Yazılı imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. Yazılı imtahanın hər bir mərhələsində iştirak haqqı 70 AZN (ƏDV daxil olmaqla) təşkil edir. Yazılı imtahanın ikinci mərhələsi üçün iştirak haqqını yalnız birinci mərhələni müvəffəqiyyətlə keçərək ikinci mərhələyə buraxılmış şəxslər ödəyəcək.
“Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra müvafiq imtahan mərhələsində iştirak etmək üçün “Xarici İşlər Nazirliyinə qəbul üzrə yazılı imtahanda iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə daha ətraflı tanış ola bilərlər.
https://exidmet.dim.gov.az/elimt/XinTest/elan
Qeyd edək ki, DİM tərəfindən 30 iyul tarixində xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı da keçiriləcək. Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 22 iyun saat 10:00-dan 21 iyul saat 18:00-dək həyata keçiriləcək. Sınaq imtahanı üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.
Namizədlərin sınaq imtahanında iştirak etməsi üçün ödənişin məbləği 60 AZN (ƏDV daxil olmaqla) təşkil edir. Sınaq imtahanı yazılı imtahanın birinci mərhələsi üzrə keçirilir və imtahanda analitik yazı bacarıqları və xarici dil biliklərinin yoxlanılması nəzərdə tutulmur.