Deputat dərman şirkətlərinə XƏBƏRDARLIQ ETDİ
    • 20-06-2023, 13:45
    • 375

Deputat dərman şirkətlərinə XƏBƏRDARLIQ ETDİ

İdxalçı şirkətlər Azərbaycana dərman vasitələrinin gətirilməsi və sertifikasiya məsələsinin sadələşdirilməsindən sui-istifadə etməməlidir.

News24.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklər bir çox narahatlıqları aradan qaldıracaq:

“Lakin müəyyən sadələşmələr gərək keyfiyyətə mənfi təsir etməsin. Əvvəl gətirilən dərman vasitələri aylarla gözlədilirdi, indi isə sənədləşmə işləri bir neçə gün çəkəcək. Ona görə də idxalçı şirkətlər bundan istifadə edib ölkəyə keyfiyyətsiz dərmanlar gətirməməlidir”.