-
- 20-06-2023, 12:49
- 310
Deputatdan mühüm TƏKLİF: dərmanlar üçün...
Milli Məclisin deputatı İlham Məmmədov ölkəyə gətirilən dərman vasitələri üçün tələb olunan ƏDV-lərin ləğvini tələb edib.
News24.az-ın məlumatına görə, deputat parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında mövcud məsələ ilə bağlı ona bir çox sahibkarın müraciət etdiyini bildirib.
“Misal olaraq, 100 manatlıq dərman vasitəsi üçün 18 manat ƏDV ödəməli olurlar. Faktiki olaraq da məhsul bazara çıxmamış artıq 118 manat olur. Bu da istər-istəməz həmin dərmanların ölkəyə gətirilməsi üçün marağı azaldır. Gələcəkdə bu sahədə müvafiq addımların atılması ilə böyük miqdarda boşluqların ortadan qaldırılmasına və ölkədəki dərman qıtlığının aradan qaldırılmasına təsir göstərmiş olarıq”, - İ.Məmmədov əlavə edib