"WhatsApp"da YENİ FUNKSİYA:
    • 20-06-2023, 15:28
    • 152

"WhatsApp"da YENİ FUNKSİYA: "Bu şəxslərin zənglərini..."

“WhatsApp” istifadəçiləri spam zənglərdən qoruyan yeni funksiyanı işə salır. 

News24.az xəbər verir ki, bu barədə Meta şirkətinin rəhbəri Mark Zukerberq  şirkətin xidmətlərinin yenilikləri haqqında məlumat dərc edən Meta Channel-da məlumat verib. 

Onun sözlərinə görə, messencerin parametrlərində yeni funksiyanı aktivləşdirmək mümkün olacaq. “Məxfilik” bölməsinə keçib “Zənglər” bəndini seçib sonra isə “Naməlum nömrələri səssizləşdirmək” seçimini aktivləşdirmək lazımdır. 

Qeyd edək ki, bu funksiyanın sınaqdan keçirilməsi barədə hələ bu ilin martında məlumat verilmişdi. 

Qumral