“Whatsapp”da YENİLİK: Nömrəni GİZLƏTMƏK mümkün olacaq
    • 9-08-2022, 09:10
    • 495

“Whatsapp”da YENİLİK: Nömrəni GİZLƏTMƏK mümkün olacaq

Məşhur mesajlaşma proqramı "WhatsApp" yeni məxfilik parametri əldə edəcək.

Milli.Az News24.az-a istinadən bildirir ki, tərtibatçılar istifadəçilərə telefon nömrələrini qrup üzvlərindən gizlətmək imkanı verəcək funksiyanı sınaqdan keçirirlər.

Qrupa qoşulduqda istifadəçi onun telefon nömrəsini kimin görəcəyini özü seçə biləcək. İlkin olaraq, nömrə bütün qrup üzvlərindən gizlədiləcək.

Yeni parametr qrup haqqında məlumat bölməsində yerləşir. Bu funksiya Android üçün "WhatsApp" beta 2.22.17.23 versiyasında peyda olub.