Çempionlar Liqası:
    • 20-06-2023, 16:22
    • 241

Çempionlar Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub.

News24.az xəbər verir ki, Azərbaycan çempionu bu raundda Cəbəllütariqin “Linkoln” kollektivi ilə üz-üzə gələcək.

Ağdam təmsilçisi ilk görüşünü səfərdə keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.