Bəzi rayonlarda şimşək çaxıb, leysan xarakterli yağış yağıb
    • 20-06-2023, 22:45
    • 185

Bəzi rayonlarda şimşək çaxıb, leysan xarakterli yağış yağıb

İyunun 20-si axşam saatlarına olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Quba, Qusar, Yevlax, Tərtər, Yardımlı, Lənkəran və Astara rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.

News24.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, leysan yağışlar nəticəsində Göygöl rayonunun Sarısu kəndindən, Goranboy rayonu ərazisində Gorançaydan və Böylü qəsəbəsindən sel keçib. Axşam saat 16:10 radələrində Göygöl rayonuna xırdadənəli, Şərura saat 17:55, 17:58 radələrində diametri 5 mm olan dolu düşüb.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 22 m/s-yə çatıb.