Bir sıra rayonlara leysan yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB/VİDEO
    • 1-06-2023, 21:51
    • 303

Bir sıra rayonlara leysan yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB/VİDEO

İyunun 1-i saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Göygöl, Gədəbəy, Gəncə, İsmayıllı, Xınalıq, Qusar, Qəbələ, Oğuz, Şəki, Quba, Xaltan, Qrız, Şahdağ, Neftçala, Yardımlıda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Oğuz rayonunun Filfilli kəndinə saat 19:30-19:50 radələrində, Qəbələ rayonunun Bulud kəndinə isə saat 19:30-20:20 radələrində diametri 25-30 mm olan dolu düşüb.

Cənub-qərb küləyi arabir Ağdamda 20 m/s, Daşkəsən, İsmayıllıda 18 m/s-dək güclənib.

21:25

Qəbələ və Oğuz rayonlarına dolu düşüb


Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyunun 1-də saat 21.00 radələrində Oğuz rayonunun Filfilli kəndinə saat 19.30-19:50 radələrində, Qəbələ rayonunun Bulud kəndinə isə saat 19:30-20:20 radələrində diametri 25-30 mm olan dolu düşüb.

Ağdam, Daşkəsən, İsmayıllıda güçlü külək əsir.