"Turan Tovuz" klubu növbəti transferini açıqlayıb
    • 20-06-2023, 23:34
    • 277

"Turan Tovuz" klubu növbəti transferini açıqlayıb

"Turan Tovuz" komandası növbəti transferini açıqlayıb.

Klubdan ​News24.az​​​-a verilən məlumata görə, bölgə təmsilçisi qapıçı Aydın Bayramovu heyətinə qatıb.

27 yaşlı qolkiperlə 1+1 illik rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu "Sumqayıt" olan Bayramov karyerası ərzində MOİK və "Sabah"ın da formasını geyinib.