Yerli mətbuatda çalışan gənc itkin düşüb
    • 25-02-2019, 10:54
    • 850

Yerli mətbuatda çalışan gənc itkin düşüb

Bakıda 1990-cı il təvəllüdlü gənc itkin düşüb.

News24.az xəbər verir ki, 29 yaşlı Pərviz İlqar oglu Quliyev sonuncu dəfə 22 fevral tarixində metronun Azadlıq stansiyasının yaxınlığında görünüb və ondan sonra itkin düşüb.

Bu şəxsi görənlərdən, yerini bilənlərdən və ya yoxa çıxan gündən sonra haqqında hər hansısa bir məlumatı olanlardan 0557040079 nomrəsinə zəng edib məlumat verməsi xahiş olunur.

Qeyd edək ki, Pərviz Quliyevin boyu 175 sm-dir. İtkin düşərkən əynində qara rəngli gödəkçə və cins şalvar olub.