Yerin fırlanma qütbü 80 sm sürüşüb
    • 19-06-2023, 15:47
    • 715

Yerin fırlanma qütbü 80 sm sürüşüb

Araşdırmaya görə, 1993-2010-cu illərdə suvarma və içmə məqsədi ilə yer altından ümumilikdə 2 trilyon ton su çıxarılıb.

News24.az xəbər verir ki, bu barədə “Geophysical Research Letters” jurnalında dərc olunan məqalədə qeyd olunub. Bildirilir ki, tədqiqatçılar planetimizin ətrafındakı fırlanma qütbünün yeraltı suların tükənməsi və nəticədə dəniz səviyyəsinin qalxması səbəbindən təxminən 31 düym (80 sm-ə yaxın) şərqə doğru sürüşdüyünü aşkar ediblər.

2 trilyon su qlobal dəniz səviyyəsinin 0,23 düym (6 millimetr) qalxmasına bərabərdir. Coğrafi qütblərdəki əyilməni araşdıran tədqiqatçılar yeraltı suların təsiri olmadan bunun baş verməsini qeyri-mümkün sayırlar.
Dünyada suyun paylanmasında müşahidə edilən dəyişiklik Yerin ağırlıq mərkəzlərini də tədricən dəyişir.