Sərgən Yalçın fantastik maaş istədi —  “Neftçi” razılaşmadı
    • 21-06-2023, 17:51
    • 194

Sərgən Yalçın fantastik maaş istədi — “Neftçi” razılaşmadı

“Neftçi”nin baş məşqçisi postuna əsas namizəd Sərgən Yalçın Bakıdan İstanbula yola düşüb.

News24.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun köməkçisi Murat Şahin məlumat verib. O bildirib ki, “Neftçi” ilə bir anlaşma əldə edilməyib: “Hazırda hava limananındayıq, dönürük. İndi üçün anlaşma olmadı”.

Əldə etdiyimiz məlumata görə isə, tərəflər maliyyə məsələlərində razılığa gəlməyib. Belə ki, Sərgən Yalçın “Neftçi” rəhbərliyindən illik 2 milyon dollar maaş istəyib. 

Bakı klubunun idarəçiləri isə klub büdcəsindən baş məşqçi üçün yalnız 1 milyon dollar maaş nəzərdə tutulduğunu bildirib. Rəhbərlik Sərgən Yalçını hələ də daha aşağı maaşa razı salmağa çalışır.