Baş redaktorun avtomobilini qarət etdilər - FOTOLAR
    • 25-02-2019, 12:15
    • 592

Baş redaktorun avtomobilini qarət etdilər - FOTOLAR

25.02.2019-cü il gecə saatlarında "Xalqxeber" saytının baş redaktoru Peyman Sadıqovun şəxsi istifadəsində olan 90-ZX-444 dövlət qeydiyyat nömrəli avtomobilindən oğurluq edilib. 

News24.Az bildirir ki, hadisə barədə P.Sadıqov şəxsi sosial profilində məlumat verib.  

P. Sadıqov vurğulayıb ki, avtomobilindən mühüm sənədlər və o cümlədən şəxsinə məxsus olan bank kartlarını oğurlayıblar. Həmçinin, avtomobilinə xeyli miqdarda ziyan vurulmasınıda qeyd edən redaktor quraşdırdığı 230 azn dəyərində video reqistrator da oğurlanıb.

News24.Az