Bakıda rüşvətə görə tutulan polisdən YENİ XƏBƏR
    • 23-11-2019, 13:19
    • 884

Bakıda rüşvətə görə tutulan polisdən YENİ XƏBƏR

Bakıda 2 nəfərə vədlər verərək onlardan xeyli pul almış və əldə etdiyi vəsaiti başqasına rüşvət kimi vermiş keçmiş polis əməkdaşı Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312.2-ci, yəni, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə maddəsi ilə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilən Sadıqov Sərxan Səttar oğlu Ali Məhkəmədən barəsindəki iin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, S.Sadıqov "Bakı Metropoliteni" QSC-də polis əməkdaşı vəzifəsində çalışıb. O, Sədrəddin Kərimov və Xəyyam Səfərzadəyə maşın nömrəsi alacağı vədi verib. Lakin sonradan S.Sadıqov verdiyi vədə əməl etməyib. Ümumilikdə, həmin şəxslərə 17 min manata yaxın ziyan dəyib. Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan S.Sadıqovun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib