Britaniyanın xarici işlər naziri Azərbaycana təşəkkür etdi
    • 22-06-2023, 12:28
    • 317

Britaniyanın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverli Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma görə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova təşəkkür edib.

News24.az xəbər verir ki, bu barədə Böyük Britaniya XİN başçısı tvitter hesabında qeyd edib.

"Böyük Britaniya Cənubi Qafqazda rifahı, sülhü və təhlükəsizliyi dəstəkləyir. Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişi əldə etmək olar", - deyə paylaşımda bildirilib.