Bayramov  Kleverli ilə Brüssel görüşünü müzakirə etdi
    • 8-04-2022, 20:58
    • 592

Bayramov Kleverli ilə Brüssel görüşünü müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə telefon danışığı baş tutub.

Bu barədə News.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Tərəflər, bölgədəki son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və bu xüsusda Brüssel görüşünü müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.